əzəl başdan

bax əvvəl başdan
əzcümlə
əzəl gündən
OBASTAN VİKİ
Əzəl
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Sübhi Əzəl
Sübhi Əzəli (ing. Mírzá Yaḥyá Núrí; 1831, Tehran – 29 aprel 1912, Famaqusta) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu.
Əzəl Sultanov
Sultanov Əzəl Cəfər oğlu (1905, Nuxa)— geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki, tanınmış Sultanovlar nəslinin nümayəndəsi. Sultanov Əzəl Cəfər oğlu Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki ADNSU) bitirmişdir. 1934-cü ildə Azərbaycanın geoloji bürosuna rəis təyin edilmiş, Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1939-cu ildə "Naftalanın akçaqıl çöküntülərinin litologiyası" mövzusunda namizədlik, 1944-cü ildə isə "Azərbaycanın məhsuldar qatının litologiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, akçaqılın əmələ gəlməsini dərinlik hərəkətləri intensivliyinin artması ilə əlaqələndirmişdir. 1945-1948-ci illərdə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və "Çökmə süxurların petroqrafiyası" kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifələrində işləmişdir. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir. 1930-cu ildə mühən­dis-geoloq ixti­sa­sı üzrə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1935-ci ildə Mos­kva Neft İnstitutunun aspi­ran­turasına daxil olub.
Əzəl çərşənbə
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.